Yuxarı
    Bağlamaq

    Məzahir Pənahov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

    Erkan Özoral Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından şərəf duyduğunu bildirib

    Bakı. 30 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyənin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

    MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Məzahir Pənahov E.Özoralı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək işlərində müvəffəqiyyətlər arzulayıb.

    Rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlar və digər xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfirliyi ilə də sıx əməkdaşlığından söhbət açan MSK sədri, bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

    Erkan Özoral Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından şərəf duyduğunu bildirib və fəaliyyəti dövründə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini dilə gətirib. Türkiyəli diplomat eyni zamanda, öz ölkəsinin ali seçki qurumunun Azərbaycan MSK-ı ilə əməkdaşlığından məmnunluğunu ifadə edib. O bildirib ki, bu əlaqələrin daha da inkişafından ötrü əlindən gələni edəcək.

    Görüşdə həmçinin, qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi