Yuxarı
    Bağlamaq

    ​Məzahir Pənahov seçkiləri müşahidə etmək üçün Qazaxıstana gedib

    Qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur

    Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 26-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.

    Bu barədə “Report”a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

    Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun qazaxıstanlı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşləri, bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

    Qeyd edək ki, MSK təmsilçiləri həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi