Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini izləyəcək

Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini izləyəcək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2021-ci il oktyabrın 24-də Özbəkistan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkəndə səfər edib.
Xarici siyasət
22 Oktyabr , 2021 14:21
Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini izləyəcək
Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 24-də Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkəndə səfər edəcək.

Bu barədə "Report"a MSK-dan məlumat verilib.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşan səfər çərçivəsində M.Pənahovun özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının digər təmsilçiləri, həmçinin Türk Şurası, ATƏT/DTİHB və MDB-nin tərkibində də beynəlxalq müşahidəçi qismində sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

MSK nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi