Yuxarı
    Bağlamaq

    Meksikada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

    Qəbulda Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib

    Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanın Meksikadakı səfirliyi 28 May - Respublika günü münasibətilə Mexikoda rəsmi qəbul keçirib. 

    Səfirlikdən "Report"a verilən məlumata görə, səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik və demokratiya tarixinə töhfələrindən, Sovet hakimiyyəti illərində ölkənin əldə etdiyi nailiyyətlərdən danışıb. 

    Səfir II Dünya müharibəsində qələbənin əladə edilməsində azərbaycanlıların xidmətlərindən söz açıb. İ.Muxtarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu işğal aktının mənfi fəsadları haqda məlumat verib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ölkəmizdə müasir dövlət quruculuğu yolunda aparılmış uğurlu dövlət siyasətindən - demokratik və sosial-iqtisadi islahatlardan, Azərbaycanın son iqtisadi nailiyyətlərindən, müstəqil enerji siyasətindən və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən danışıb. Səfir habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələrindən geniş bəhs edib.

    Daha sonra tədbirdə Azərbaycanın son nailiyyətləri mövzusunda videotəqdimat nümayiş etdirilib.

    Tədbirdə həmçinin bu ilin aprel ayında Meksikanın 5 şəhəri (Mexiko, Puebla, Tixuana, Mexikali, Ensenada) üzrə 9 universitetinin ("ANAHUAC SUR" , "ANAHUAC NORTE", "IBERO", "ITAM", "UDLA", "CETYS - Mexicali", "CETYS – Tijuana", "CETYS – Ensenada", "UTEL") tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə səfirliyin diplomlarının təqdimetmə mərasimi keçirilib.

    Qəbulda Azərbaycanın müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənib, milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi