Mərkəz rəhbəri: "Güney azərbaycanlı qardaşlarımızın səsini dünyaya çatdırmalıyıq"
- 05 dekabr, 2022
- 11:06
"İran Güney Azərbaycanı 4 hissəyə bölüb. Biz güneyli qardaşlarımızın səsini dünyaya çatdırmalıyıq. İranda gələcəkdə edamlar başlaya bilər. Bu, ciddi təhlükədir".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov dekabrın 5-də Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.
O vurğulayıb ki, bu gün İranda baş verən proseslərə beynəlxalq reaksiyanın necə olduğu hamını maraqlandırır.
S.Hümbətov bildirib ki, İrandakı proseslərin ilk günlərində beynəlxalq ictimaiyyət dəqiq mövqe ortaya qoymaq istəmirdi: "Amma indi başa düşülür ki, bu, xalqın molla rejiminə etirazıdır. Əlbəttə, bizi maraqlandıran güney azərbaycanlı qardaşlarımızın hüquqlarının bərpasıdır. Ötən 40 il ərzində onların ana dilində təhsil almaq hüquqları da daxil olmaqla bir sıra hüquqları əlindən alınıb. Biz bu hüquqların bərpa olunmasını istəyirik".