Məmmədyarov: "Azərbaycanlı girovlar qaytarılmalıdır"

Məmmədyarov: "Azərbaycanlı girovlar qaytarılmalıdır" "Həmsədrlər münaqişənin həlli prosesini hərəkətə gətirməyə çalışır"
Xarici siyasət
25 Fevral , 2015 15:01

Bakı. 25 fevral. REPORT.AZ/ Ermənilər dərk edirlər ki, azərbaycanlı girovları saxlaya bilməzlər və onları geri qaytarmalıdılar. "Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni şərh edərkən bildirib. 

O qeyd edib ki, bu məsələ ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı, ABŞ baş katibinin müavini Viktoriya Nuland və Aİ xüsusi nümayəndəsi ilə görüşlərdə qaldırılıb. 

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini şərh edən nazir vurğulayıb ki, vasitəçilər öz işini davam etdirir, lakin onun irəliləməsi üçün Ermənistan Azərbaycanın işğal olunan ərazilərini azad etməlidir: "Həmsədrlər münaqişənin həlli prosesini hərəkətə gətirməyə çalışır. Bir sıra təkliflər, o cümlədən işçi qrupunun yaradılması ilə bağlı təkliflər irəli sürülüb. Lakin ilk növbədə Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır", - nazir bildirib. 

Məmmədyarov qeyd edib ki, Azərbaycan Ermənistanın regional layihələrdə iştirakına qarşı deyil, lakin ilk növbədə Ermənistan işğal olunan əraziləri azad etməlidir.

Son xəbərlər

Orphus sistemi