Məmməd Musayev: Azərbaycanda "ECO Həftəsi"nin yekunları üzrə mühüm sazişlər imzalanacaq

Xarici siyasət
  • 02 iyul, 2025
  • 11:53
Məmməd Musayev: Azərbaycanda ECO Həftəsinin yekunları üzrə mühüm sazişlər imzalanacaq
Məmməd Musayev

Azərbaycanda "ECO həftəsi" çərçivəsində keçirilən əsas tədbirlərin yekunları üzrə təşkilatın rolunun və potensialının daha da gücləndirilməsinə töhfə verəcək mühüm protokollar və sazişlər imzalanacaq.

"Report"un müxbirinin məlumatına görə, bu barədə Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Şuşada keçirilən 6-cı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) biznes forumunda bildirib.

Onun sözlərinə görə, ECO Cənubi, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında strateji körpüdür.

"ECO regionunun unikal strateji mövqeyi təkcə coğrafi üstünlük deyil, həm də biznesimiz və regional tərəfdaşlığımız üçün bir fürsətdir", - M.Musayev bildirib.

O xatırladıb ki, Azərbaycan son illər sahibkarlığın inkişafına xüsusi diqqət yetirərək genişmiqyaslı iqtisadi islahatlar həyata keçib.

"Ölkə iqtisadiyyatında özəl sektorun nüfuzu artıb, qeyri-neft ixracı yeni bazarlara çıxıb, rəqəmsal transformasiya sahəsində mühüm addımlar atılıb. Bu təcrübəni ECO regionu ölkələri ilə bölüşmək, qarşılıqlı investisiyaların stimullaşdırılmasını gücləndirmək üçün konkret əməkdaşlıq mexanizmləri lazımdır. Hazırda Azərbaycanın ECO ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 8 milyard dollar təşkil edir. Bu da ümumi həcmin təxminən 17 %-ni təşkil edir" - o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti