Meksikanın Azərbaycandakı səfiri Samir Şərifovla görüşüb

Meksikanın Azərbaycandakı səfiri Samir Şərifovla görüşüb Tərəflər birgə maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar
Xarici siyasət
10 Dekabr , 2015 13:09
Meksikanın Azərbaycandakı səfiri Samir Şərifovla görüşüb

Bakı. 10 dekabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini maliyyə naziri Samir Şərifovla görüşüb.

Səfirlikdən "Report"a bildirilib ki, R.Labardini səfirliyin iki ölkə arasında əlaqələrinin gücləndirilməsinə yönələn fəaliyyəti barədə məlumat verib. Diplomat bu xüsusda, qarşılıqlı yaxınlaşmaya xidmət edən milli mədəniyyətlərdəki oxşarlıqları qeyd edib. 

Nazir S.Şərifov rəhbərlik etdiyi qurumun fəaliyyəti və milli iqtisadiyyatın əsas aspektlərindən danışıb. Görüşdə, həmçinin, hər iki dövlət iqtisadiyyatlarının hazırkı durumu və perspektivləri barədə müzakirələr aparılıb.

Tərəflər birgə maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi