"Azərbaycanda təhlükəsiz şəraitdə və demokratik seçki keçirilib".
"Report" xəbər verir ki, bunu Meksika parlamentinin deputatı Avqustin Qarsia Rubio deyib.
"Səsvermə prosesi beynəlxalq səviyyədə izlənib. Seçkinin nəticələri tam legitimdir. Parlament seçkiləri Azərbaycan siyasi həyatında gözəl təcrübə idi və dinc və sülh şəkildə keçirildi. Beləliklə, bu, Azərbaycan üçün demokratiya bayramı oldu".
Meksikalı müşahidəçısinin sözlərinə görə, seçki günü Bakıda 10 məntəqədə olub və prosesi müşahidə edib.
"Namizədlərlə, komissiya üzvləri ilə söhbət etdim, səsvermə strukturu barədə öyrəndim. Heç bir məntəqədə təzyiq və ya narahatlıq olmayıb. Beləliklə, bütün 10 məntəqədə əsas şərtlərə riayət olunub. Proses sərbəst şəkildə keçirilib", - o vurğulayıb.