Bakı. 20 mart. REPORT.AZ/ Meksika Senatında Novruz bayramına həsr olunmuş xüsusi mərasim keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan səfirliyinin təşəbbüsü və Meksika Senatının təşkilati dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstan respublikalarını
Tədbirin əvvəlində sözügedən ölkələrin nümayəndələri tərəfindən təntənəli zeytun ağacəkmə və bu ağacın Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstan xalqlarının Meksika Senatına həddiyyəsi olduğunu əks etdirən xatirə lövhəsinin açılş mərasimi keçirilib.
Mərasim iştirakçılarını salamlayan Meksika Senatının Xarici əlaqələr Komitəsinin sədri xanım Qabriela Kuevas Barron tədbirin keçirilməsi təşəbbüsünə görə Azərbaycan səfirliyinə təşəkkür, Novruz bayramının tarixi və beynəlxalq Növruz ənənələri mövzusunda çıxış edib.
Mərasimdə çıxış edən İran və Türkiyə səfirləri Novruz bayramının tarixi-mədəni irsi və xüsusiyyətlərind
Tədbirdə iştirakçı ölkələrin Novruz ənənələrini əks etdirən fotosərgi keçirilib, habelə mərasim iştirakçılarına Azərbaycan milli mətbəxinə aid şirniyyat nümunələrindən ibarət ziyafət verilib. Sərgi Senatda 10 gün müddətində davam edəcək.




