Meksika radiosunda Qarabağdakı yenidənqurma işlərindən bəhs edilib

Meksika radiosunda Qarabağdakı yenidənqurma işlərindən bəhs edilib Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu ABC radiosuna ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri haqda müsahibə verib.
Xarici siyasət
15 İyun , 2022 06:51
Meksika radiosunda Qarabağdakı yenidənqurma işlərindən bəhs edilib

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu ABC radiosuna ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri haqda müsahibə verib.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a bildirilib ki, müsahibədə ilk olaraq, Azərbaycanın qədim dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonra qarşılaşdığı çətinliklər, müstəqillik dövründə əldə etdiyi nailiyyətlər, bu müddət ərzində ölkəmizin regionun həm iqtisadi-sosial, həm də siyasi liderinə çevrilməsi, Azərbaycanın neft-qaz strategiyası, sosial-iqtisadi uğurları haqda məlumat verilib.

Sonra erməni təcavüzünün tarixi, 44 günlük müharibə və ölkəmizin tarixi qələbəsi, işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar, ekoloji terror halları və kütləvi minalama haqda danışılıb, habelə bu ərazilərin yenidən qurulması istiqamətində ötən zaman ərzində Azərbaycan tərəfindən görülmüş işlərdən bəhs edilib.

Regionda davamlı sülhün əldə edilməsinin şərtlərinə dair aparıcının sualına münasibətdə diplomat Azərbaycanın daim regionda birgəyaşayışın və sülhün tərəfdarı olduğunu, bunun üçün isə Ermənistan rəhbərliyinin təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli və öz xalqını sülhə hazırlamalı olduğunu qeyd edib.

Həmçinin, işğaldan azad edilmiş, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyi ilə əlaqədar bu ilin ölkəmizdə “Şuşa ili” kimi qeyd olunduğu bildirilib, şəhərdə keçirilən mədəni tədbir və festivallar barədə məlumat verilib.

Proqramda bu il Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu, bu müddət ərzində ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səmərəli şəkildə davam etdirildiyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi