Meksika mətbuatında Azərbaycanın Vətən müharibəsindəki qələbəsi işıqlandırılıb

Meksika mətbuatında Azərbaycanın Vətən müharibəsindəki qələbəsi işıqlandırılıb Meksikanın nüfuzlu KİV-lərindən olan “24 horas” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə müsahibəsi dərc olunub.
Xarici siyasət
11 Noyabr , 2021 08:27
Meksika mətbuatında Azərbaycanın Vətən müharibəsindəki qələbəsi işıqlandırılıb

Meksikanın nüfuzlu KİV-lərindən olan “24 horas” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən “Report”a verilən məlumata görə, müsahibədə ilk olaraq erməni işğalının tarixi, Vətən müharibəsinin yekunları və işğal faktına son qoyulması haqda məlumat verilir.

Sonra işğal müddətində erməni tərəfinin törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər, habelə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıdışını ləngitmək üçün yaratdığı maneələr, bu xüsusda bölgədəki kütləvi dağıntılar və minalama haqda danışılır.

Yazıda həmçinin Şuşa şəhərinin Azərbaycanın tarixi və mədəniyyətindəki xüsusi əhəmiyyəti haqda məlumat verilir, ölkəmiz tərəfindən Şuşada və digər azad olunmuş bölgələrdə aparılan intensiv yenidənqurma işlərindən bəhs edilir.

Son xəbərlər

Orphus sistemi