Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Milli Məclisdə olub

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Milli Məclisdə olub Martinez Santos Azərbaycan-Meksika parlamentlərarası işçi qrupu ilə görüş keçirib
Xarici siyasət
1 Oktyabr , 2016 01:04
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Milli Məclisdə olub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini, deputat Venseslao Martinez Santos Milli Məclisdə Azərbaycan-Meksika parlamentlərarası işçi qrupu ilə görüş keçirib.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, qrupun rəhbəri, deputat Ülvi Quliyev qonağa Milli Məclis haqqında ümumi məlumat verib.

Deputat parlamentlərarası əlaqələrin inkişafının vacibliyini vurğulayıb və bunun öz növbəsində ikitərəfli əməkdaşlığın digər sahələrinə də töhfə verdiyini qeyd edib.

Martinez Santos səfərinin məqsədini qeyd edərək Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq arenada vacibliyindən söz açıb. O, son illərdə, xüsusilə, hər iki ölkənin müvafiq səfirliklərinin açılması ilə Meksika-Azərbaycan ikitərəfli münasibətlərində yaranan dinamikanı qeyd edib. Meksikalı deputat hər iki ölkənin bilik və təcrübə mübadiləsi apara biləcəkləri sahələrə toxunub.

Görüş zamanı tərəflər ikitərəfli toplantılar və səfərlərin intensivləşdirilməsini yüksək qiymətləndirərək, onların müxtəlif sahələr üzrə əlaqələrin inkişafına böyük töhvəsini vurğulayıblar.

Görüşdə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini də iştirak edib.

Son xəbərlər

Orphus sistemi