Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar - YENİLƏNİB

Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar - YENİLƏNİB Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İçərişəhərdə olub.
Xarici siyasət
13 İyun , 2023 16:32
Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar - YENİLƏNİB

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.

“Report” xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.



16:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İçərişəhərdə olub.

“Report” xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə İçərişəhərə getdiyini bildirib.

Ə.Ərdoğan qeyd edib ki, bu ərazi UNESCO tərəfindən qorunan, müxtəlif mədəniyyətlərin izlərinə sahib nadir bölgələrdəndir:

“Burada əl əsərlərinin hər birinə heyran olmamaq mümkün deyil. Həm ölkənin, həm də Türk mədəniyyətinin brendləşməsi naminə bu layihəni həyata keçirən hər kəsi ürəkdən təbrik edirəm”.

Son xəbərlər

Orphus sistemi