Yuxarı

​Mehmet Görməz: "Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimiz, hüznü kədərimizdir"

Mübariz Qurbanlı Türkiyənin diyanət işləri başqanı ilə görüşüb

Bakı. 2 mart. REPORT.AZ/ "Millətimiz ən azı Azərbaycandakı qardaşları qədər o kədəri, o ağrı-acını ürəklərində daşıyırlar".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin diyanət işləri başqanı Mehmet Görməz Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə Xocalı soyqırımından bəhs edərkən deyib.

"Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimiz, hüznü kədərimizdir", - o vurğulayıb.

Mehmet Görməz iki ölkə arasında siyasi, sosial, mədəni və digər sahələrdə əlaqələrin mövcudluğundan məmnun olduğunu vurğulayıb O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü də xatırladıb.

Mübariz Qurbanlı öz növbəsində hədəflərinin Azərbaycanda dini dəyərlərin nəsildən-nəslə ötürmək olduğunu vurğulayıb.

"Ancaq ölkəmizə də xaricdən radikal qrupların müdaxiləsini görürük", - o bildirib.

Azərbaycanda dövlətin dinə yaxınlaşması məsələsində böyük yeniliklərin olduğunu deyən M.Qurbanlı bildirib: "Radikallara qarşı mübarizə aparırıq. Orta və ibtidai məktəblərdə dini maarifləndirmə ilə bağlı fəaliyyətə başlamışıq və davam etdirəcəyik".

O, Türkiyənin dini sahədə təcrübəsindən faydalanmaq istədiklərini də söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi