Məhəmməd Şummari: İslamofobiya ilə mübarizədə KİV-in rolu gücləndirilməlidir

Xarici siyasət
  • 27 may, 2025
  • 13:52
Məhəmməd Şummari: İslamofobiya ilə mübarizədə KİV-in rolu gücləndirilməlidir

Şumer Beynəlxalq Münasibətlər Fondunun (İraq) direktoru Məhəmməd Şummari islamofobiya ilə mübarizədə KİV-in rolunu gücləndirməyə çağırıb.

“Report” xəbər verir ki, o, bunu Bakıda keçirilən “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı bildirib.

Direktorun sözlərinə görə, bu prosesdə mədəni-maarifləndirici təşəbbüslər və kütləvi informasiya vasitələrinin fəal iştirakı mühüm rol oynamalıdır.

"İslamofobiyaya qarşı mübarizə mövzusunun qlobal informasiya gündəmində işıqlandırılmasını gücləndirmək, onun nəticələrinə diqqət çəkmək lazımdır", - Şummari qeyd edib.

O, həmçinin beynəlxalq arenada problemin hərtərəfli və dayanıqlı həlli üçün diplomatik səylərin vacibliyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti