MDBMİ rektoru: “Heydər Əliyevin xatirəsi qəlbimizdə daim yaşayacaq”

MDBMİ rektoru: “Heydər Əliyevin xatirəsi qəlbimizdə daim yaşayacaq” “Çox şadam ki, Rusiyada çoxlu sayda məktəb və institutlar öz təşəbbüsləri ilə Heydər Əliyevin 100 illik yubileyini qeyd edirlər”.
Xarici siyasət
16 May , 2023 15:33
MDBMİ rektoru: “Heydər Əliyevin xatirəsi qəlbimizdə daim yaşayacaq”

“Çox şadam ki, Rusiyada çox sayda məktəb və institutlar öz təşəbbüsləri ilə Heydər Əliyevin 100 illik yubileyini qeyd edirlər”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, akademik Anatoli Torkunov deyib.

“Heydər Əliyevi SSRİ rəhbərliyində işlədiyi dövrdən çox yaxşı xatırlayıram. İş ondadır ki, o, həmin vaxt MDBMİ-yə çox kömək edirdi. Heydər Əliyev bilirdi ki, əcnəbi tələbələrin sayı artır - bütün tələbələrin, demək olar, dörddə biri qədərdir, amma professor-müəllim heyətində, təqaüdlərdə çatışmazlıq var. O vaxt bütün bu problemlərin həllində dövlət səviyyəsində bizə böyük köməklik göstərirdi. Həmişə onun haqqında minnətdarlıqla danışırıq.

Rusiyada çox sayda məktəb və institutların öz təşəbbüsləri ilə Heydər Əliyevin 100 illik yubileyini qeyd etməsi Heydər Əliyevin təkcə Azərbaycanda deyil, Rusiyada da böyük izlər qoyduğunu göstərir. Fəxri doktorumuzun xatirəsini əziz tuturuq və onu həmişə qəlbimizdə yaşadacağıq”, - A.Torkunov bildirib.

Son xəbərlər

Orphus sistemi