Yuxarı

​MDB xarici işlər nazirlərinin toplantısı keçirilir

İclasın sonunda birgə sənədin imzalanacağı da nəzərdə tutulub

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirlərinin Qırğızıstanın paytaxtı Bişkekdə toplantısı öz işinə başlayıb.

"Report" MDB İcraiyyə Komitəsinin saytına istinadən xəbər verir ki, nazirlər sərhədyanı təhlükəsizliyin gücləndirilməsi və fövqəladə halların aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edəcəklər.

Cari il üçün Xarici İşlər nazirliklərarası məsləhətləşmə planı da müzakirə ediləcək.

İclasın sonunda birgə sənədin imzalanacağı da nəzərdə tutulub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi