Yuxarı
    Bağlamaq

    MDB PA missiyası Azərbaycanda keçirilən referendumu müşahidə edir

    Missiyanın rəhbəri Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olub

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) missiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsini (referendumu) müşahidə etməyə başlıyıb. 

    "Report"un məlumatına görə, missiyanın rəhbəri Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Bakının 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində olub və səsvermənin gedişi ilə tanış olub.

    Missiyanın tərkibinə MDB PA-nın iştirakçısı olan 6 dövlətdən (Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Rusiya və Tacikistan) parlamentarilər və ölkələrin ali qanunverici orqanlarının nümayəndələrindən ibarət 22 müşahidəçi, eləcə də MDB PA Şura Katibliyinin əməkdaşları və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) ekspertləri daxildir.

    Bu gün MDB PA-nın beynəlxalq müşahidəçiləri Bakı və Sumqayıtda, eləcə də Abşeron rayonunun yaşayış məntəqələrində seçki məntəqələrində referendumun gedişatının monitorinqini həyata keçirəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi