MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb

MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb.
Xarici siyasət
8 İyun , 2023 15:21
MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib.

“Bugünkü iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb”, - o deyib.

A.Manilov qeyd edib ki, imzalanan sənədlər MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyir.

“Komandanlar Şurasının qarşıdan gələn 2024-cü il üçün işinin planlaşdırılması ilə bağlı böyük məsələlər bloku nəzərdən keçirilib, normativ sənədlərin hazırlanması ilə bağlı əməli tədbirlər dəqiqləşdirilib”, - A.Manilov deyib.

O qeyd edib ki, MDB ölkələrinin dövlət başçılarının tapşırığı əsasında iki əsas sənəd hazırlanır: “Birincisi, 2030-cu ilə qədər Birlik ölkələrinin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin gücləndirilməsi proqramıdır. Bu cür işlər Birlik ölkələrinin sərhəd xidmətlərinin və qarşılıqlı fəaliyyət göstərən strukturların rəyi və mövqeyi nəzərə alınaraq artıq həyata keçirilir. İkinci sənəd çox vacibdir. Bu, MDB-yə üzv dövlətlərin sərhəd bölgəsində informasiya siyasətinin əsaslarıdır və bu gün o, praktiki problemləri həll etmək üçün hazırlanır”.

Son xəbərlər

Orphus sistemi