MDB ölkələri cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqram hazırlayacaq

MDB ölkələri cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqram hazırlayacaq Proqram 2019-2023-cü illər üzrə transsərhəd cinayətkarlıqla mübarizə çərçivəsində birgə tədbirlərlə bağlı olacaq
Xarici siyasət
6 Sentyabr , 2016 20:18
MDB ölkələri cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqram hazırlayacaq

Bakı. 6 sentyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin polis orqanları transsərhəd cinayətkarlıqla mübarizə üzrə birgə tədbirlər haqqında dövlətlərarası proqram hazırlamağı düşünür.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, belə bir tapşırıq MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Sankt-Peterburqda keçirilən MDB-də mütəşəkkil cinayətkarlıq və təhlükəli cinayətlərlə mübarizənin koordinasiyası üzrə bürosuna verilib.

Burada Azərbaycan, Ermənistan, Belarus, Qazaxstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan DİN rəhbərləri, MDB icraçı katibi Sergey Lebedev və digər şəxslər iştirak ediblər.

Tədbirdə 2019-2023-cü illər üzrə transsərhəd cinayətkarlıqla mübarizə çərçivəsində birgə tədbirlərə dair dövlətlərarası proqram layihəsinin hazırlanması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi