Yuxarı

MDB dövlət başçılarının 25-ci sammiti sentyabrın 16-da Bişkəkdə keçiriləcək

İyunun 7-8-də Bişkəkdə MDB üzv dövlətlərinin hökumət başçılarının iclası baş tutacaq

Bakı. 8 aprel. REPORT.AZ/  MDB dövlət başçılarının yubiley 25-ci sammiti sentyabrın 16-da Bişkəkdə keçiriləcək, sentyabrın 15-də MDB ölkələrinin XİN rəhbərləri Bişkəkdə toplaşacaq.

"Report" xəbər verir ki, bunu MDB-də sədrlik edək Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev bildirib.

O qeyd edib ki, iyunun 7-8-də Bişkəkdə MDB üzv dövlətlərinin hökumət başçılarının iclası baş tutacaq.

Onun sözlərinə görə, Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasında MDB üzv dövlətlərinin səhiyyə, mədəniyyət sahələrindəki qurumları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi