MDB Baş katibi: “Azərbaycanla gələcək əməkdaşlığa ümid edirik”

Xarici siyasət
  • 08 fevral, 2024
  • 07:44
MDB Baş katibi: “Azərbaycanla gələcək əməkdaşlığa ümid edirik”

Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanın dostu və tərəfdaşıdır.

"Report" xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının rəhbəri, MDB-nin Baş katibi Sergey Lebedev mətbuat konfransında deyib.

“Seçkilərin müşahidəsi zamanı biz daxili işlərə qarışmamışıq, prosesin obyektivliyini yoxlamışıq. Ölkə xalqına həmişə mehriban yanaşırıq, çünki biz Azərbaycanın dostu və tərəfdaşıyıq. Ümid edirik ki, Azərbaycanla əməkdaşlıq və dostluq uzun illər davam edəcəkdir”, - o bildirib.

44 - Tezliklə