Mariya Zaxarova: Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə deyil ki, faktları təhrif edir

Mariya Zaxarova: Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə deyil ki, faktları təhrif edir Fevralın 12-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı Rusiyanı ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarına dair rəsmi Moskva narazılığını ifadə edir.
Xarici siyasət
28 Fevral , 2024 16:57
Mariya Zaxarova: Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə deyil ki, faktları təhrif edir
Mariya Zaxarova

Fevralın 12-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı Rusiyanı ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarına dair rəsmi Moskva narazılığını ifadə edir.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "News.ru"nun sualını cavablandırarkən deyib.

“Biz belə bəyanatları son dərəcə mənfi qiymətləndiririk. İlk dəfə deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi faktları təhrif edir. Məncə, o, Qərb ölkələrində kiməsə xoş gəlmək və ya ola bilsin ki, sadəcə olaraq Rusiyanı tənqid etmək üçün bəhanə axtarmaq məqsədilə bunu edir. Nerkin And kəndi ərazisində rusiyalı hərbçi yoxdur. Orada erməni tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə Rusiya FTX-nin sərhəd xidmətinin postu yaradılıb", - o vurğulayıb.

M.Zaxarova bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi bu ölkənin nümayəndələrini ləkələmək cəhdlərini səmərəsiz hesab edir.

Son xəbərlər

Orphus sistemi