Mariya Fernanda Espinosa: COP29-un sonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini qeyd edəcəyimizə ümid edirəm
- 15 mart, 2024
- 06:52
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa (Maria Fernanda Espinosa) COP29-un sonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini qeyd edəcəklərinə ümid etdiyini bildirib.
"Report" xəbər verir ki, M.F.Espinoza bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun IV panel müzakirəsində deyib.
O qeyd edib ki, geosiyasi məsələlərin iqlim dəyişmələrində rolu var:
“İqlim yalnız ətraf mühit məsələsi deyil. Ətraf mühit hər bir dövlətin milli sərhədlərini keçən məsələdir. COP29-da bu məsələrə diqqətlə baxılacaq. Bərpa olunan enerji getdikcə ucuzlaşır. Aşağı karbona keçidi təmin edən maliyyə məsələləri necə təmin olunmalıdır məsələsinə baxılmalıdır. Ənənəvi enerjidən bərpaolunan enerjiyə keçid üçün birgə səy göstərilməlidir".
O qeyd edib ki, ənənəvi enerjidən bərpaolunan enerjiyə keçidin arxasınsa duran maliyyə mənbəyi müəyyənləşdirilməlidir.
"2030-cu ilə aparan yol xəritəsi təşkil edilməlidir. Bu proqramda hər bir ölkə öz üzərində düşəni bilməlidir ki, biz karbon emissiyalarının azaldılmasına nail olmalıyıq", - deyə BMT rəsmisi vurğulayıb.