Yuxarı

​Maliyyə naziri Samir Şərifov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Görüşdə ikitərəfli münasibətlər müzakirə mövzusu olub

Bakı. 10 dekabr. REPORT.AZ/ İkitərəfli əməkdaşlığın inkişafı məqsədilə dekabr ayının 9-da Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini maliyyə naziri Samir Şərifov ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, Labardini səfirliyin iki ölkə arasında mövcud olan əlaqələrin gücləndirilməsinə yönəlmiş fəaliyyətindən söz açıb.

Bu xüsusda, qarşılıqlı yaxınlaşmaya xidmət edən milli mədəniyyətlərdə mövcud oxşarlıqlar qeyd olunub. Nazir S.Şərifov rəhbərlik etdiyi qurumun fəaliyyəti və milli iqtisadiyyatın əsas aspektlərindən danışıb. Görüşdə, həmçinin, hər iki dövlət iqtisadiyyatlarının hazırkı durumu və perspektivləri barədə müzakirələr aparılıb.

Tərəflər birgə maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi