Malena Mard: "Brüsseldə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq haqqında danışıqların hazırlıqlarına başlanılıb"

Malena Mard: "Brüsseldə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq haqqında danışıqların hazırlıqlarına başlanılıb" "Danışıqlar yaxın bir neçə həftə ərzində başlayacaq"
Xarici siyasət
17 Yanvar , 2017 11:21
Malena Mard: Brüsseldə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq haqqında danışıqların hazırlıqlarına başlanılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ "Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında danışıqlar yaxın bir neçə həftə ərzində başlayacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Brüsseldə müvafiq danışıqların hazırlıqlarına başlanılıb: "Bir çox sahələri əhatə edəcək hüquqi baza hazırlamaq niyyətimiz var. Buraya iqtisadiyyat, ticarət, insan hüquqları daxildir".

Son xəbərlər

Orphus sistemi