Yuxarı
    Bağlamaq

    Malena Mard: "Aİ Azərbaycanın Şərq Tərəfdaşlığı sammitində yüksək səviyyədə iştirak edəcəyinə ümid edir"

    Azərbaycan Prezidentinə sammitdə iştirak üçün dəvət göndərilib

    Bakı. 1 aprel. REPORT.AZ/ Avropa İttifaqı Azərbaycanın Şərq Tərəfdaşlığı sammitində yüksək səviyyədə iştirak edəcəyinə ümid edir.

    "Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuat konfransında bildirib.

    O qeyd edib ki, Azərbaycan prezidentinə sammitdə iştirak üçün dəvət göndərilib.

    "Biz Azərbaycanın yüksək səviyyədə planlaşdırılan sammitdə iştirak edəcəyinə ümid edirik. Prezident Əliyev əvvəlki 2 sammitdə şəxsən iştirak edib və biz ümid edirik ki, Riqada da belə olacaq", - Aİ səfiri bildirib. 

    Qeyd edək ki, Şərq Tərəfdaşlığının III sammiti  mayın 22-23-də Latviyanın paytaxtı Riqada keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi