Malayziya rəsmisi Azərbaycana səfər edəcək

Malayziya rəsmisi Azərbaycana səfər edəcək Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər bu həftə Azərbaycana işgüzar səfər edəcək.
Xarici siyasət
18 Yanvar , 2022 17:31
Malayziya rəsmisi Azərbaycana səfər edəcək
0 : 00
0 : 00

Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər bu həftə Azərbaycana işgüzar səfər edəcək.

“Report” xəbər verir ki, Malayziya XİN-in məlumatına görə, İordaniya səfərindən sonra Bakıya gələcək nazir müavininin burada xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən koronavirus pandemiyasından sonrakı dövrdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi müzakirə olunacaq.

Səfər yanvarın 23-də başa çatacaq. 

Qeyd edək ki, iki ölkə arasında 2021-ci ilin yanvar – oktyabr dövründəki ticarət dövriyyəsi 28,8 milyon dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi