Makron Ruandadakı soyqırımında Fransanın məsuliyyətini boynuna alıb

Makron Ruandadakı soyqırımında Fransanın məsuliyyətini boynuna alıb “Fransa regional qarşıdurmanın və ya vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən, əslində soyqırımı rejiminin tərəfində durduğunu başa düşmürdü”
Xarici siyasət
27 May , 2021 15:12
Makron Ruandadakı soyqırımında Fransanın məsuliyyətini boynuna alıb
Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron ilk dəfə olaraq Ruandadakı soyqırıma görə Fransanın məsuliyyət daşıdığını etiraf edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, E.Makron Ruanda xalqından buna görə üzr istəyib.

“Fransa öz rolunu oynayıb və Ruandadakı hadisələrə görə siyasi məsuliyyət daşıyır... Fransa regional qarşıdurmanın və ya vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən, əslində soyqırımı rejiminin tərəfində durduğunu başa düşmürdü”, – Fransa prezidenti deyib.

Qeyd edək ki, Ruandada 1994-cü ilin aprelindən iyununadək hutu etnosundan olan ekstremistlər tutsi etnosunun üzvlərinə qarşı soyqırımı törədiblər. Qırğın nəticəsində böyük əksəriyyəti tutsilər olmaqla təxminən 800 min adam öldürülüb.

Fransa aprelin 7-də Ruanda soyqırımı ilə əlaqəli arxivləri açıb. Martın 26-da soyqırımını araşdıran tədqiqat qrupu öz hesabatını Makrona təqdim edib. Bu mövzunu iki il araşdırmış komissiya Fransanın Ruandadakı soyqırımının hazırlanmasına göz yumduğu nəticəsinə gəlib.

Son xəbərlər

Orphus sistemi