Yuxarı

Mahmud Məmmədquliyev "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşündə iştirak edəcək

Azərbaycan xarici işlər nazirinin müavini Kiyevə gedib

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Kiyevə yollanıb. O, "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş iyulun 11-12-də keçiriləcək.

Görüş zamanı iştirakçılar "Şərq Tərəfdaşlığı" proqramının necə həyata keçirilməsini və onun inkişaf perspektivlərini müzakirə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi