Mahmud Məmmədquliyev Cenevrədə BMT AİK-in 66-cı sessiyasında iştirak edir

Mahmud Məmmədquliyev Cenevrədə BMT AİK-in 66-cı sessiyasında iştirak edir Görüş zamanı tərəflər Azərbaycan və BMT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər
Xarici siyasət
14 Aprel , 2015 16:59
Mahmud Məmmədquliyev Cenevrədə BMT AİK-in 66-cı sessiyasında iştirak edir

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev BMT-nin Cenevrə şöbəsinin baş direktoru vəzifəsini icra edən Maykl Moller ilə görüş keçirib. 

"Report" Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və BMT arasında  iqtisadiyyat, ətraf mühitin mühafizəsi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

M.Məmmədquliyev Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (BMT AİK) 66-cı sessiyasında iştirak edir. Nazir müavini sessiya zamanı BMT AİK-in rolu və Azərbaycanın regionun inkişafına verdiyi töhfələri haqqında nitqlə çıxış edib.

Son xəbərlər

Orphus sistemi