Bakı. 12 dekabr. REPORT.AZ/ "Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar gələn ilin sonuna qədər başa çata bilər".
"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dekabrda Bakı və Brüssel arasında videokonfrans formatında yeni saziş üzrə növbəti müzakirələr keçiriləcək.
M.Məmmədquliyev deyib ki, növbəti danışıqlarda ekoloji və enerji məsələlər müzakirə olunacaq.