Yuxarı
    Bağlamaq

    Mahmud Məmmədquliyev: "Azərbaycan insan alverinə qarşı mübarizədə Aİ ilə dialoqun genişləndirilməsində maraqlıdır"

    Bakıda Azərbaycanda insan alverinə qarşı mübarizədə milli imkanların gücləndirilməsi mövzusunda konfrans keçirilir© Report

    Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycan Aİ ilə strateji əməkdaşlıq haqqında yeni saziş imzalamağı planlaşdırır və bu saziş əlaqələrin inkişafında rol oynayacaq və bu sahədə əməkdaşlığı yeni səviyyəyə çıxaracaq".

    "Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Azərbaycanda insan alverinə qarşı mübarizədə milli imkanların gücləndirilməsi" mövzusunda baş tutan konfransda deyib.

    "Azərbaycan və beynəlxalq miqrasiya xidməti əməkdaşlıqda yeni səhifə açır. Ümidvaram ki, əməkdaşlıq çərçivəsində təqdim olunan təşəbbüslər uğurlu olacaq", - nazir müavini qeyd edib.

    Onun sözlərinə görə, Azərbaycanın əsas prioritetlərindən biri insan alverinə qarşı mübarizədir. "Azərbaycan insanları qorumaq üçün bu istiqamətdə ardıcıl siyasət yürüdür. Azərbaycan bu sahədə Avropa ilə dialoqun genişləndirilməsində maraqlıdır", - M.Məmmədquliyev bildirib.

    Öz növbəsində, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard insan alverinə qarşı mübarizənin Aİ üçün prioritet və təhlükəsizliyin təmin edilməsi kontekstində əsas məsələ olduğunu bildirib.

    "Bu layihə Azərbaycana göstərdiyimiz dəstək çərçivəsində ümumi strategiyanın bir hissəsidir. Avropa İttifaqı və Azərbaycan arasında artıq iş təcrübəsi var və bu təcrübə layihəni uğurla həyata keçirməyə kömək edəcək", - M.Mard vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi