Mahmud Məmməd-Quliyev Tailanda səfərə gedib

Mahmud Məmməd-Quliyev Tailanda səfərə gedib Nazir müavini xüsusi məsləhətləşmə iclasında iştirak edəcək
Xarici siyasət
26 May , 2015 14:08
Mahmud Məmməd-Quliyev Tailanda səfərə gedib

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev "Şimali və Mərkəzi Asiyada tranzit dəhlizinin yaradılması" mövzusunda təşkil olunacaq xüsusi məsləhətləşmə iclasında iştirak edəcək. Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.

İclas mayın 26-dan 30-dək Tailandın Banqkok şəhərində keçiriləcək.

Tədbirdə davamlı inkişafın üç ölçüsünün balanslaşdırılması, Asiya və Sakit okean regionunda əhatəli və davamlı sosial-iqtisadi inkişaf üçün əsas təhdidlər mövzusunda müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi