Bakı. 28 may. REPORT.AZ/ Bu gün Mahaçqalanın Dostluq evi qarşısındakı meydanda Azərbaycanın Respublika Günü qeyd ediləcək.
"Report" xəbər verir ki, bu barədə RİA "Daqestan"a müəssisədən məlumat verilib.
Tədbir iştirakçıları Azərbaycanın "Car-Balakən həmyerlilər birliyi" icması və Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin nümayəndələri, Azərbaycan Dram Teatrı və Dağıstanın "Kaspi" Dövlət Rəqs Ansamblının üzvləri olacaqlar.
Proqramda özfəaliyyət və peşəkar yaradıcı kollektivlərin çıxışı nəzərdə tutulub. Bayram mərasiminin açılışında Dağıstan Respublikasının milli siyasət üzrə naziri Tatyana Qamaley, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri Raqif Əzizov iştirak edəcək.