Macarıstanın xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Macarıstanın xarici işlər nazirinin müavini Azərbaycana gələcək Jolt Çutora Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək
Xarici siyasət
2 Mart , 2017 10:44
Macarıstanın xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Bakı. 2 mart. REPORT.AZ/ Macarıstanın xarici işlər nazirinin müavini Jolt Çutora martın 16-da Bakıya gələcək. 

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, o, Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. 

Qeyd edək ki, Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin daha əvvəl "Report"a müsahibəsində söylədiyi kimi, səfirlik Heydər Əliyev Fondu və Macarıstan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq şəklində martın 16-17-də Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri çərçivəsində bir sıra mədəni və elmi tədbirlər təşkil edəcək. Mədəniyyəti günləri çərçivəsində kitab və film təqdimatları, moda nümayişi, incəsənət sərgisi, musiqi konsertləri, qastronomiya tədbirləri təşkil olunacaq. 

Xatırladaq ki, Jolt Çutora 2010-2015-ci illərdə Macarıstanın Azərbaycandakı səfiri olub. 

Son xəbərlər

Orphus sistemi