Yuxarı
    Bağlamaq

    Macarıstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

    Viktor Orbanı Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar

    Bakı. 5 mart. REPORT.AZ/ Macarıstanın baş naziri Viktor Orban martın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    "Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

    Baş nazir Viktor Orbanı Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi