Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib Səfir Vilayət Quliyev Prezident İlham Əliyevin Macarıstana uğurlu səfərindən danışıb
Xarici siyasət
30 Dekabr , 2014 15:17
Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bu ölkədə yaşayan azərbaycanlıların iştirakı ilə bayram tədbiri keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Vilayət Quliyev dünya azərbaycanlılarının birlik və həmrəyliyinə xidmət edən bu günün əhəmiyyətini vurğulayıb, həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. İl ərzində səfirlik tərəfindən görülmüş işlər, həyata keçirilmiş layihələr, iki ölkə arasında genişlənən qarşılıqlı əlaqələr barədə danışan səfir Azərbaycan Prezidenti İlham Əliyevin noyabr ayında Macarıstana uğurlu səfərinin iki ölkə arasındakı sıx münasibətlərə böyük töhfə olduğunu diqqətə çatdırıb. Ardından növbəti ildə səfirlik tərəfindən görülməsi planlaşdırılan işlər barəsində də soydaşlarımıza ətraflı məlumat verilib.

Daha sonra tədbir bayram şənliyi və Azərbaycan milli mətbəxindən ibarət ziyafətlə davam etdirilib. 

Son xəbərlər

Orphus sistemi