Yuxarı

Macarıstan xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

J.Çutora İqtisadiyyat və Sənaye Nazirliyində, Təhsil Nazirliyində və Nəqliyyat Nazirliyində görüşlər keçirəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Macarıstan xarici işlər nazirinin müavini Jolt Çutora sabah Azərbaycana gələcək. Bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski məlumat verib.

J.Çutora Bakıda İqtisadiyyat və Sənaye Nazirliyində, Təhsil Nazirliyində və Nəqliyyat Nazirliyində görüşlər keçirəcək.

Nazir müavini, həmçinin Macarıstanın milli bayramı - İnqilab və azadlıq uğrunda mübarizə günü ilə əlaqədar keçiriləcək qəbulda iştirak edəcək.

Qeyd edək ki, J.Çutora daha öncə Macarıstanın Azərbaycandakı səfiri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi