Macarıstan səfiri: Budapeştin nüfuzlu universitetlərindən birində Azərbaycan mərkəzinin açılması ideyasını dəstəkləyirik

Macarıstan səfiri: Budapeştin nüfuzlu universitetlərindən birində Azərbaycan mərkəzinin açılması ideyasını dəstəkləyirik Azərbaycan və Macarıstanın mədəniyyətinə bələd olan, həm Azərbaycan, həm də macar dillərini bilən gənc mütəxəssislərə böyük ehtiyac olduğu üçün Budapeştin nüfuzlu universitetlərindən birində Azərbaycan mərkəzinin açılması ideyasını dəstəkləyirik.
Xarici siyasət
3 İyul , 2024 17:12
 Macarıstan səfiri: Budapeştin nüfuzlu universitetlərindən birində Azərbaycan mərkəzinin açılması ideyasını dəstəkləyirik

Azərbaycan və Macarıstanın mədəniyyətinə bələd olan, həm Azərbaycan, həm də macar dillərini bilən gənc mütəxəssislərə böyük ehtiyac olduğu üçün Budapeştin nüfuzlu universitetlərindən birində Azərbaycan mərkəzinin açılması ideyasını dəstəkləyirik.

Bunu "Report"a müsahibəsində Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma deyib.

O qeyd edib ki, təhsil və “Stipendium Hungaricum” Təqaüd Proqramı ikitərəfli münasibətlərin çox mühüm seqmentidir:

"Ötən il Səfirlik, Elm və Təhsil Nazirliyi və Azərbaycan-Macarıstan Məzunlar İttifaqının üzvləri Bakıdan kənarda yerləşən əsas universitetlərdə tələbələrə bu proqram və ümumilikdə Macarıstanın universitet imkanları haqqında məlumat vermişdilər. İnanıram ki, macar xalqının qonaqpərvərliyi, təhsilinin yüksək keyfiyyəti, Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar və Macarıstandakı sərfəli həyat ölkəmizi azərbaycanlı gənclərin təhsil məkanı kimi seçməsinə töhfə verir".

Diplomat vurğulayıb ki, hazırda çox yaxşı işləyən universitet əlaqələri çərçivəsində Azərbaycan və Macarıstanın başqa hansı sahədə əməkdaşlıq edə biləcəyini araşdırır:

"Bu baxımdan idman və kənd təsərrüfatının təhsil sahələrindəki fikirləri önə çıxarardım. Ümid edirəm ki, bu sahələrdən biri üzrə ikili təhsil (dual training) yaxın gələcəkdə həyata keçirilə bilər. Bu, gələcəkdə birgə universitetin yaradılması istiqamətində atılan ilk addım olardı. Azərbaycan Dillər Universitetində Macar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Yerli macar müəllimin çalışdığı mərkəzimizə ev sahibliyi etdiyi üçün universitetin rektoruna və prorektorlarına minnətdarıq. Həm Azərbaycan, həm də macar dillərini bilən, ölkələrimizin mədəniyyətinə bələd olan gənc mütəxəssislərə böyük ehtiyac olduğu üçün Budapeştin nüfuzlu universitetlərindən birində Azərbaycan mərkəzinin açılması ideyasını dəstəkləyirik".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi