Bakı. 8 may. REPORT.AZ/ ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Los Anceles Vilayəti rəsmiləri, xarici diplomatlar, Azərbaycan diasporu və müxtəlif icmaların fəalları və yerli KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Heydər Əliyevin uğurlu həyat yolundan və Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Baş konsul vurğulayıb ki, Heydər Əliyev xalqın tələbilə 1993-cü ildə hakimiyyətə qayıdaraq, Azərbaycanı böyük bəlalardan qoruyub, ölkənin müstəqilliyinin saxlanılmasında və daha da gücləndirilməsində misilsiz rol oynayıb. N.Ağayev, Ümummilli Liderin Azərbaycan dövlətçiliyi və azərbaycançılıq qayəsi uğrunda göstərdiyi böyük fədakarlıqlardan danışaraq, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib. Baş konsul, Ümummilli Liderin daxili və xarici siyasətinin bu gün Prezident
Sonra Los Ancelesin nüfuzlu kardioloq həkimlərindən olan, tanınmış UCLA universitetinin professoru Dr. İzhar Xaruzi çıxış edərək, Azərbaycan haqqında öz fikirlərini bölüşüb. Azərbaycana etdiyi səfərdən danışan natiq, ölkənin inkişafının onda ən müsbət təəssüratlar yaratdığını, xüsusilə müxtəlif dini etiqadlara dövlət səviyyəsində göstərilən qayğının olduqca nümunəvi olduğunu bildirib. İ.Xaruzi multikulturalizm və tolerantlıq siyasətinin əsasının bir dövlət siyasəti olaraq Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsinin olduqca təqdirəlayiq hal olduğunu qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan icmasının fəallarından Piruz Xanlı isə Heydər Əliyevlə bağlı şəxsi xatirələrini iştirakçılarla paylaşıb. P.Xanlı, Ümummilli Lider ilə dəfələrlə görüşdüyünü qeyd edərək, onun dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılara göstərdiyi qayğıkeşliyin və xoş münasibətin unudulmaz olduğunu bildirib. Ümummilli Liderin güclü siyasi xadim olmaqla yanaşı, böyük insan və vətənpərvər olduğunu söyləyən natiq, Heydər Əliyevin iti zəkasının, incə yumor hissinin və insanı anlamaq bacarığının onu daima valeh etdyini qeyd edib.
Tədbir bədii hissə ilə davam edib. Gitara, fleyta və vokal sənətçilərindən ibarət trio konsert proqramı ilə çıxış edərək, Azərbaycan, türk və ABŞ bəstəkarlarının əsərlərindən klassik və populyar nümunələr səsləndirib. Daha sonra qonaqlar Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən foto-sərgi ilə tanış olublar.














