Cənubi Qafqazdakı vəziyyət Londonda müzakirə edilib

Cənubi Qafqazdakı vəziyyət Londonda müzakirə edilib Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Böyük Britaniyada yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə sentabrın 25-də Londonda "Cənubi Qafqazda Azərbayca
Xarici siyasət
26 Sentyabr , 2023 10:16
Cənubi Qafqazdakı vəziyyət Londonda müzakirə edilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Böyük Britaniyada yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə sentyabrın 25-də Londonda "Cənubi Qafqazda Azərbaycan: Regional iqtisadi və təhlükəsizlik dinamikası" adlı dəyirmi masa keçirilib.

Mərkəzdən "Report"a bildirilib ki, tədbirdə Azərbaycan tərəfdən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru Taleh Ziyadov və BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev iştirak ediblər.

Dəyirmi masada "Cənubi Qafqazda dəyişən beynəlxalq siyasət", "Enerji siyasəti və Orta Dəhliz" mövzusunda müzakirələr aparılıb. Regionda postmünaqişə mövzusuna toxunan məruzəçilər Cənubi Qafqazda hazırda vacib proseslərin getdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda əldə olunmuş irəliləyiş sülh müqaviləsinin imzalanması və stabilləşmə perspektivlərini artırır, lakin bəzi vacib məsələlər həll olunmamış qalır.

Qeyd olunub ki, ticarət və tranzit üçün yeni imkanlar açıldıqca xarici aktorların regiona marağı artır, lakin bu, həm də geosiyasi və təhlükəsizlik sahəsində rəqabəti gücləndirir.

Bundan əlavə, vurğulanıb ki, Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən, regional və dünya bazarlarına enerji təchizatını təmin edən beynəlxalq tranzit və ticarət marşrutu kimi əhəmiyyətli potensiala malikdir.

Son xəbərlər

Orphus sistemi