Litvada Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

Xarici siyasət
  • 26 may, 2023
  • 11:03
Litvada Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

Litvada Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq.

"Report" xəbər verir ki, Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və qrupun üzvü Rasim Musabəyov mayın 29-da Litvanın paytaxtı Vilnüs şəhərinə səfər edəcəklər.

Deputatlar burada Azərbaycanın 28 May - Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək, həmçinin Litva Seymində həmkarları ilə görüşlər keçirəcəklər.

Səfər iyunun 2-də başa çatacaq.