Litva Seyminin sədr müavini: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”

Litva Seyminin sədr müavini: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik” Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkə Seyminin sədr müavini, Avropa İşləri üzrə Komitənin rəhbəri Qediminas Kirkilas ilə görüşüb
Xarici siyasət
6 Fevral , 2017 13:22
Litva Seyminin sədr müavini: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkə Seyminin sədr müavini, Avropa İşləri üzrə Komitənin rəhbəri Qediminas Kirkilas ilə görüşüb.

Səfirlikdən “Report” verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

H.Məmmədzadə Litva Seyminin üzvü, eləcə də Seymin sədr müavini seçilməsi münasibətilə Q.Kirkilası təbrik edərək, Azərbaycan- Litva Parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib. O, 2016-cı ilin oktyabr ayında Litva Seyminə keçirilən seçkilərdən sonra Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə yeni yaradılan qrupun üzvlərinin sayının artaraq 66 nəfərə çatdığını və bunun da Seymdə üzvlərinin sayına görə ən böyük qrup olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq səfir Ermənistandan başqa bütün dünya ölkələri bu ərazilərin Azərbaycana məxsus olduğunu qəbul etdiyini, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərdən çəkilməsini ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə və Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələrə, xüsusilə də 2005-ci ildə qəbul edilən 1416 saylı qətnaməyə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini və Ermənistanda hökm sürən rejiminin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe nəticəsində münaqişənin həllinin mümkün olmadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Seymin sədr müavini Litvanın rəsmi mövqeyini təkrarlayaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi