Leyla Abdullayeva: "4 minədək Azərbaycan vətəndaşı Ukraynanı tərk edib"

Leyla Abdullayeva: "4 minədək Azərbaycan vətəndaşı Ukraynanı tərk edib" Son məlumata görə, Ukraynada olan 4 minədək Azərbaycan vətəndaşı bu ölkəni tərk edib.
Xarici siyasət
2 Mart , 2022 15:33
Leyla Abdullayeva: 4 minədək Azərbaycan vətəndaşı Ukraynanı tərk edib

"Ukraynada olan 4 minədək Azərbaycan vətəndaşı bu ölkəni tərk edib".

“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə bildirib.

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına evdə, yaxud təhlükəsiz yerlərdə qalmaq, vacib səbəb olmadan yola çıxmamaq tövsiyə olunur.

Leyla Abdullayeva qeyd edib ki, Ukraynanın Moldova və Polşa sərhədində daha çox izdihamlar yaranıb. Azərbaycan vətəndaşlarını Ukraynadan çıxarmaq üçün çarter uçuşları təşkil edilir. Belə ki, Rumıniya vasitəsilə ilk çarter uçuşla 168 nəfər, ikincisilə 174 nəfər çıxarılıb. Bu cür təyyarə uçuşları yenə davam etdiriləcək.

“İlk olaraq xəstələr, yaşlılar, uşaqlı qadınlar çıxarılır. Bu gün daha 170 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılacaq” – deyən Leyla Abdullayeva qonşu Türkiyənin də öz vətəndaşlarını təxliyə etdiyini, ötən gün Xarkovdan azərbaycanlılarla birgə Türkiyənin də 185 vətəndaşının çıxarıldığını qeyd edib.

Ciddi təhlükəyə məruz qalan vətəndaşlarımız Ukraynanı Moldova, Polşa, Slovakiya, Macarıstan, Rumıniya istiqamətlərindən tərk edə bilərlər.

Son xəbərlər

Orphus sistemi