MDB Dövlət Başçıları Şurasının iclasının gündəliyinə 14 məsələ daxildir.
"Report"un Moskvaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
“Bütün sənədlər lazımi ekspert araşdırmalarından keçib. Onlar Xarici İşlər Nazirləri Şurası səviyyəsində təsdiq edilib, kadr təyinatları isə müvafiq sənaye şuraları tərəfindən razılaşdırılıb”, - o vurğulayıb.
Baş katib vurğulayıb ki, MDB-yə sədrlik və təşkilatın Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi ilə bağlı məsələlərə məhdud tərkibdə baxılacaq: “Geniş tərkibdə görüşlərə gəlincə, iki məsələyə baxılması təklif edilir. Bu, 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 80 illiyi ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərin başçılarının Birlik ölkələrinin xalqlarına və beynəlxalq ictimaiyyətinə müraciəti layihəsidir”.
O qeyd edib ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bu məsələ ilə bağlı təqdimatla çıxış edəcək.
S.Lebedev vurğulayıb ki, MDB Parlamentlərarası Assambleyasının inteqrasiya qarşılıqlı fəaliyyətinin gücləndirilməsi üzrə fəaliyyəti ilə bağlı məsələyə baxılması təklif olunur.