Vayra Vike-Freyberqa: Avropa dondurulmuş münaqişələr üzərində işləməlidir

Vayra Vike-Freyberqa: Avropa dondurulmuş münaqişələr üzərində işləməlidir Riqada bir sıra Avropa ölkələrinin keçmiş dövlət və hökumət başçılarının müşavirəsi keçirilir
Xarici siyasət
20 May , 2015 00:31
Vayra Vike-Freyberqa: Avropa dondurulmuş münaqişələr üzərində işləməlidir

Riqa. 20 may. REPORT.AZ/ Bu gün siyasi gündəliyin mərkəzində Ukraynanın olmasına baxmayaraq, Avropa Gürcüstan, Azərbaycan və Moldovada dondurulmuş münaqişələr üzərində işləməlidir.

"Report" xəbər verir ki, bu barədə Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa jurnalistlərə açıqlamasında bildirib.

"Ukrayna, əlbəttə ki, ən mərkəzdədir. Orada qan tökülür, beynəlxalq qanunlar kobud şəkildə pozulub, lakin digər ölkələrdə də - Azərbaycan, Gürcüstan və Moldovada itirilmiş torpaqlar - dondurulmuş münaqişələr var. Avropa inkişaf etmək üçün onların həlli üzərində işləməlidir", – deyə o vurğulayıb.

Qeyd edək ki, 19-20 may tarixlərində Riqada bir sıra Avropa ölkələrinin keçmiş dövlət və hökumət başçılarının müşavirəsi keçirilir. Görüşlər zamanı əsas müzakirə olunan məsələlərdən biri Ukraynadakı vəziyyət olub.

Son xəbərlər

Orphus sistemi