Azərbaycanın siyasi kursu balanslaşdırılmış xarici siyasətlə bağlı nümunədir.
“Report” xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti Valdis Zatlers XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan region ölkələri, hətta fövqəldövlətlərlə mehriban qonşuluq münasibətləri saxlamağa nail olur:
“Bu balanslaşdırılmış xarici siyasət uğurlu nəticələrə səbəb olub. Hesab edirəm ki, digər ölkələr də Azərbaycandan nümunə götürməlidir".