Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Bakı. 30 may. REPORT.AZ/ Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
30 May , 2018 14:37
Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza rifah və sülh diləyirəm.

Mən Latviya ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığı görməkdən çox məmnunam. Fürsətdən istifadə edərək, bizim siyasi, iqtisadi və mədəni əlaqələrin vətəndaşlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istərdim.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi